Qazaxıstan Xəzər dənizinin monitorinqi üçün 2,36 milyon dollar ayırıb

Qazaxıstan Xəzər dənizinin monitorinqi üçün 2,36 milyon dollar ayırıb

Qazaxıstan Xəzər dənizinin monitorinqi və ixtisaslaşdırılmış laboratoriyaların təchizatı üçün avadanlıqların alınmasına təxminən 2,36 milyon dollar yönəldib.

“Report”un Qazaxıstan bürosunun verdiyi məlumata görə, bu barədə ölkə hökumətindən bildirilib.

Bu vəsait Qazaxıstanın Xəzər dənizi üzrə Elmi-Tədqiqat İnstitutuna dövlət ehtiyatından ayrılıb. Avadanlıqlardan bilavasitə akvatoriyada tədqiqatların aparılması, eləcə də hidrobioloji və hidrokimyəvi laboratoriyaların fəaliyyəti üçün istifadə olunacaq.

Tədqiqat proqramı 21 stansiyanı əhatə edən iki dəniz ekspedisiyasını və 22 sahilyanı nöqtədə müntəzəm monitorinqi nəzərdə tutur.

Report.