Qazaxıstan və Çin dəyəri 15 milyard dollardan çox olan 70-dən artıq saziş imzalayıb

Qazaxıstan və Çin dəyəri 15 milyard dollardan çox olan 70-dən artıq saziş imzalayıb

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Şanxaya (Çin) işgüzar səfəri çərçivəsində ümumi məbləği 15 milyard dollardan çox olan 70-dən artıq kommersiya sazişi imzalanıb.

Bu barədə Qazaxıstan mediası məlumat yayıb.

Onlar süni intellekt və rəqəmsallaşdırma, nəqliyyat infrastrukturu, maliyyə, aqrosənaye kompleksi, maşınqayırma və digər yüksək texnologiyalı sahələri əhatə edir.

Report.