Qazaxıstan Türk dövlətləri arasında sənaye kooperasiyası, ticarət, kənd təsərrüfatı, nəqliyyat əlaqəliliyi və biznes proseslərinin rəqəmsallaşdırılmasının daha da inkişaf etdirilməsinin tərəfdarı kimi çıxış edir.
Bu barədə Qazaxıstan Xarici Ticarət Palatasının İdarə Heyətinin sədri Murat Karimsakov Astanada Türk Ticarət və Sənaye Palataları Birliyinin (TCCI) rəhbərlərinin növbədənkənar iclasında jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Qazaxıstanın TCCI-yə sədrliyi dövründə səkkiz ölkənin ticarət-sənaye palatalarının nümayəndələri biznes ictimaiyyətinin birgə təkliflərini hazırlamağı planlaşdırırlar. Bu təkliflər oktyabr ayında Türkiyədə keçiriləcək Türk Dövlətləri Təşkilatının dövlət başçılarının qarşıdakı sammitinə təqdim olunacaq.