Qazaxıstan Senatının 30 illik fəaliyyətinə yekun vuran son iclası keçirilib

Qazaxıstan Senatının 30 illik fəaliyyətinə yekun vuran son iclası keçirilib

Astanada Qazaxıstan Parlamenti Senatının yuxarı palatanın 30 illik tarixinə yekun vuran son iclası keçirilib.

Bunu palatanın sədri Maulen Aşimbayev bildirib.

Onun sözlərinə görə, sabah palataların birgə iclasında parlamentin növbəti sessiyası rəsmi olaraq başa çatacaq. İyulun 1-dən etibarən yeni Konstitusiyaya uyğun olaraq fəaliyyətdə olan Parlamentin səlahiyyətlərinə xitam veriləcək. Avqust ayında Qazaxıstanda birpalatalı Parlamentə – Qurultaya seçkilər keçiriləcək.

“1995-ci il Konstitusiyası əsasında fəaliyyət göstərən ikipalatalı Parlament 30 illik tarixi missiyasını layiqincə başa çatdırır”, – Aşimbayev bildirib.

Report.