Qazaxıstan Qurultayına (parlament) deputat seçkiləri bu il avqustun 23-nə təyin edilib.
Müvafiq fərmanı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev imzalayıb.
Sənədə əsasən, Mərkəzi Seçki Komissiyasına Qurultay deputatlarının seçkilərinin hazırlanması və keçirilməsini təşkil etmək tapşırılıb.