Qazaxıstan PUA hücumlarından sonra Atırau-Samara neft kəmərinin fəaliyyətini dayandırıb

Qazaxıstan PUA hücumlarından sonra Atırau-Samara neft kəmərinin fəaliyyətini dayandırıb

Atırau-Samara magistral neft kəməri ilə neftin nəqli Samara istehsalat-dispetçer qovşağının obyektlərinə pilotsuz uçuş aparatları (PUA) ilə hücumdan sonra müvəqqəti dayandırılıb.

Bunu Qazaxıstan Energetika Nazirliyinin rəsmi nümayəndəsi Asel Serikpayeva açıqlayıb.

“2026-cı il noyabrın 2-nə keçən gecə Samara istehsalat-dispetçer qovşağının obyektləri pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb. Bununla əlaqədar olaraq, noyabrın 2-də Astana vaxtı ilə saat 06:09-da (Bakı vaxtı ilə 05:09-da) Atırau-Samara magistral neft kəməri ilə neftin nəqli dayandırılıb”, – o qeyd edib.

Report.