Qazaxıstan köhnə avtomobillərin idxalını qadağan edəcək

Qazaxıstan köhnə avtomobillərin idxalını qadağan edəcək

Qazaxıstanın Nəqliyyat Nazirliyi fiziki şəxslər tərəfindən şəxsi istifadə üçün idxal edilən avtomobillərə dair yeni tələblər müəyyən edib.

Tələblərə əsasən, nəqliyyat vasitələri “Avro-5″dən aşağı olmayan ekoloji standartlara uyğun olmalı və istehsal tarixindən etibarən beş ildən köhnə olmamalıdır.

Daha əvvəl fiziki şəxslər tərəfindən idxal edilən nəqliyyat vasitələrinin istehsal ili və ekoloji standartı tənzimlənmirdi.

Report.