Qazaxıstan ölkədə ikinci atom elektrik stansiyasının (AES) tikintisi məsələsi üzrə potensial təchizatçılarla danışıqlar aparır.
Bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) Baş Konfransının 70-ci sessiyasında Qazaxıstanın Atom Enerjisi Agentliyinin sədr müavini Qumar Serqazin bildirib.
“Nüvə proqramının həyata keçirilməsi çərçivəsində birinci AES-in tikintisinə hazırlıq gedir, həmçinin ikinci AES-in tikintisi məsələsi üzrə potensial təchizatçılarla danışıqlar aparılır”, – deyə o bildirib.
Report.