Qazaxıstan Dünya Süni İntellekt Əməkdaşlıq Təşkilatının təsisçiləri sırasına daxil olub

Qazaxıstan Dünya Süni İntellekt Əməkdaşlıq Təşkilatının təsisçiləri sırasına daxil olub

Qazaxıstan Dünya Süni İntellekt Əməkdaşlıq Təşkilatının 29 təsisçi dövlətindən biri olub.

Bu beynəlxalq təşkilatın yaradılması haqqında saziş Şanxayda imzalanıb.

Qazaxıstan tərəfindən sənədi Baş nazirin müavini – süni intellekt və rəqəmsal inkişaf naziri Jaslan Madiyev imzalayıb.

Çin, Laos, Pakistan, İndoneziya və digər dövlətlər də təşkilatın təsisçiləri olublar. Mərasimdə BMT-nin Baş katibi Antonio Quterreş də iştirak edib.

Dünya Süni İntellekt Əməkdaşlıq Təşkilatı müstəqil hökumətlərarası təşkilat statusu alacaq. Onun mənzil-qərargahı Şanxayda yerləşəcək.

Report.