Qaxda bıçaqlanma hadisəsi baş verib.
Hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, 36 yaşlı Əmrah Yaqubov və 40 yaşlı Elnur Qadaşov arasında şəxsi münasibətlər zəminində mübahisə baş verib.
Elnur Qadaşov kəsici alətdən xəsarət alıb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Mübariz Muradov
Qafqazinfo.