Qaradağda zəncirvari qəza – Tıxac yarandı

Qaradağda zəncirvari qəza  – Tıxac yarandı

Bakı şəhərinin Qaradağ rayonu ərazisində, Lökbatan yolunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə nəticəsində yolda böyük tıxac yaranıb.

İlkin məlumata görə, 5-dən çox avtomobil qəzaya düşüb.

Hazırda əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunublar.

Qəzanın başvermə səbəbi və xəsarət alanların olub-olmaması ilə bağlı rəsmi məlumat açıqlanmayıb.

Qafqazinfo.