UEFA Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” “Vestri” qarşılaşmasının biletləri 3 iyul, saat 15:00-dan etibarən satışa çıxarılacaq.
Oyun Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Standart biletlər: 5, 10, 15 və 20 AZN
VIP sektorlar: 50, 75 və 100 AZN
VVIP sektorlar: 150 AZN təşkil edəcək.
VVIP sektorda əyləşənlər üçün çay süfrəsi təqdim olunacaq.
Biletləri yalnız “iTicket-az”ın rəsmi saytı və mobil tətbiqi vasitəsilə əldə edə bilərsiniz.
Onlayn bilet alışı zamanı çətinlik yaranarsa, azarkeşlər “iTicket-az”ın satış məntəqələrinə, Park Bulvardakı “Qarabağ” FK Fan Şopuna və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarına müraciət edə bilərlər.
Saxta biletlərə aldanmayın! Stadiona giriş yalnız etibarlı QR kodlu biletlə mümkündür.