Qarabağ suvarma kanalında bir nəfər batıb

Qarabağ suvarma kanalında bir nəfər batıb

Ağcabədi rayonunun Avşar kəndindən keçən Qarabağ suvarma kanalında bir nəfərin batması ilə bağlı məlumat daxil olub.

“Report”a Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, məlumat daxil olduqdan sonra nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub.

Report.