Qara dənizdə CPC terminalı yaxınlığında iki tanker hücuma məruz qalıb

Qara dənizdə CPC terminalı yaxınlığında iki tanker hücuma məruz qalıb

Ukrayna Silahlı Qüvvələri Qara dənizdə Xəzər Boru Kəməri Konsorsiumunun (CPC) terminalı yaxınlığında iki tankerə hücum edib.

Bu barədə şirkət məlumat yayıb.

Terminalda neftin yüklənməsi dayandırılıb, neft kəmərinin obyektləri normal rejimdə işləyir.

CPC və podratçı təşkilatların əməkdaşları arasında xəsarət alan və ölən yoxdur.

Report.