İrəvanın ümumi yurisdiksiya məhkəməsi “Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Tsarukyan barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçib.
Bu barədə Ermənistan mediası məlumat yayıb.
Qeyd olunub ki, siyasətçiyə külli miqdarda dələduzluq və çirkli pulların yuyulması ittihamları irəli sürülüb.
Iş 2022-2024-cü illərin hadisələri ilə əlaqədardır.
Tsarukyan və daha bir fiqurant təxminən 21 milyon dollar məbləğində dələduzluq və pul vəsaitlərinin qanuniləşdirilməsində ittiham olunur.
Report.