Yalnız müharibəyə hazır olanlar ABŞ ilə danışıqlar apara bilər.
Bunu İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf İndoneziya Regional Nümayəndələr Şurasının sədri Sultan Bahtiar Najamudin ilə görüşdə deyib.
“Danışıqlarda mən ABŞ-nin vitse-prezidentinə (Cey Di Vens) bildirdim ki, biz sizə etibar etmirik”, – Qalibaf vurğulayıb.
Onun fikrincə, ABŞ, İsrail və NATO son müharibəyə qədər İranı təslim edə biləcəyini düşünürdü: “Lakin çox tez başa düşdülər ki, öz məqsədlərinə çata bilməyəcəklər”.
Najamudin isə bildirib ki, İran xalqı sülhün bərqərar olmasına can atır:
“Sizin səyləriniz sülhə gətirib çıxara bilər. İndoneziya İran və ABŞ arasındakı müharibəyə son qoyulmasına yönəlmiş səyləri alqışlayır”.