Qalibaf: İran hazırda böyük və mürəkkəb problemlərlə üz-üzədir

ABŞ ilə danışıqlar İranın milli maraqlarını irəli aparmaq, xalqın hüquqlarını bərpa etmək və müqaviməti möhkəmləndirmək vasitəsidir.

Bu barədə İran parlamentinin sədri Məhəmməd Baqir Qalibafın “Keyhan” qəzetinə ünvanladığı məktubunda qeyd olunub.

“Güc vasitələrini mühafizə etməliyik ki, müharibənin nailiyyətlərini möhkəmləndirək və ölkəni düşmənlərin planlaşdırdığı böyük bəlalardan sağ-salamat keçirə bilək”, – o yazıb.

Report.