İranın ABŞ ilə apardığı danışıqlar mübarizə üsuludur.
Bu barədə İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf bildirib.
“Danışıqlar mübarizə meydanından çıxmaq demək deyil”, – o qeyd edib.
Qalibafın sözlərinə görə, diplomatiya da müdafiə mədəniyyətindən irəli gəlir: “Diplomatiya təslim olmaq demək deyil, əksinə, meydandakı gücün siyasi nailiyyətə çevrilməsidir”.
Report.