Qalibaf Bessentin bölgədən tonlarla neft çıxarıldığı barədə iddialarını təkzib edib

Qalibaf Bessentin bölgədən tonlarla neft çıxarıldığı barədə iddialarını təkzib edib

İran parlamentinin sədri Məhəmmədbaqer Qalibaf ABŞ-nin maliyyə naziri Skott Bessentin ABŞ-nin son iki həftə ərzində regiondan 130 milyon barel neft keçirə bildiyinə dair bəyanatlarını təkzib edib.

Bu barədə Qalibaf “X” sosial şəbəkəsindəki səhifəsində paylaşım edib.

Daha əvvəl Bessent paylaşım edərək bildirib ki, Amerikanın blokadası və “İqtisadi təcrid” əməliyyatı zəifləməkdə olan İran iqtisadiyyatını darmadağın edəcək. O həmçinin qeyd edib ki, ABŞ son 14 gün ərzində regiondan 130 milyon barel neft çıxara bilib.

İran parlamentinin spikeri ABŞ-nin maliyyə nazirini yalançılıqda ittiham edib və onu Vaşinqtonun müharibə xərclərinə baxmağa çağırıb.

“Köməkçilərinizdən sizə “Moody’s”in məlumatlarını təqdim etmələrini xahiş edin, həmin məlumatlara əsasən, ABŞ-nin İranla müharibə xərcləri 130 milyard dollardan çox təşkil edib”, – Qalibaf yazıb.

Report .