Qalaktikanın ən sürətli ulduzu kəşf edildi

Qalaktikanın ən sürətli ulduzu kəşf edildi

Astronomlar Samanyolu qalaktikasında saniyədə 25 min kilometr sürətlə hərəkət edən “S301” ulduzunu kəşf ediblər.

Bu barədə Avropa Cənub Rəsədxanası məlumat yayıb.

Bildirilib ki, bu, Qalaktikada indiyədək məlum olan ən sürətli ulduzdur.

O, Qalaktikanın mərkəzindəki “Sgr A*” (Oxatan A) superkütləvi qara dəliyinə rekord dərəcədə yaxınlaşaraq onun fırlanma qüvvəsini hiss edir. Həmin an ulduz özünün maksimum sürət həddinə çatır.

Qafqazinfo.