Rusiya Prezidenti Vladimir Putin iranlı həmkarı Məsud Pezeşkian ilə İran ətrafındakı vəziyyəti və birgə layihələrin icrasını müzakirə ediblər.
“Biz indicə regiondakı vəziyyət barədə sizinlə (Məsud Pezeşkianı nəzərdə tutur – Red) təkbətək danışdıq. Şübhəsiz ki, regiondakı vəziyyət bizi də narahat edir. Xüsusilə də İranla sıx əməkdaşlıq edən ölkə olaraq bu məsələyə həssas yanaşırıq”, – o deyib.
O, vəziyyətin müsbət inkişafına ümid etdiyini bildirib. Onun sözlərinə görə, Rusiya İranla birgə layihələr üzrə öz üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirir.
Report.