Putin Rusiyanın Ukrayna ilə sülhlə bağlı dialoqa şərtlərini açıqlayıb

Putin Rusiyanın Ukrayna ilə sülhlə bağlı dialoqa şərtlərini açıqlayıb

Rusiya Ukrayna ilə sülh haqqında dialoqa yalnız ərazi üzərindəki reallıqlar əsasında hazırdır.Bu barədə Rusiya Prezidenti Vladimir Putin Pavel Zarubinə müsahibəsində bildirib.

O, hazırda Ukraynadan münaqişənin həlli ilə bağlı gələn təklifləri Moskva üçün qəbuledilməz adlandırıb.

“Ukrayna Silahlı Qüvvələrinin zərbələrindən Rusiya ilə qarşıdurmada heç bir dönüş olmadı”, – Putin deyib. Dövlət başçısı Rusiyanın Ukrayna müəssisələrinə zərbələri və cəbhədə hücum sürətini artırdığını deyib.

Putin həmçinin Rusiya Silahlı Qüvvələrinin Ukraynanın sənaye infrastrukturuna hücumlarının effektivliyini elan edərək, bunun Kiyevin hərbi potensialının azaldılmasına yönəldildiyini iddia edib.

Report.