Rusiya Prezidenti Vladimir Putin enerji infrastrukturuna edilən hücumlardan sonra daxili bazarda yaranan yanacaq qıtlığının kritik olmadığını bildirib.
Bu barədə o, jurnalist Pavel Zarubinə müsahibəsində bildirib.
Rusiya liderinin sözlərinə görə, vəziyyəti sabitləşdirmək üçün neft emalı zavodlarında təmir işlərinin başa çatdırılmasını sürətləndirmək, neft məhsullarının idxalını artırmaq, enerji infrastrukturu obyektlərinin mühafizəsini gücləndirmək və müasir hava hücumundan müdafiə sistemlərinin istehsalını artırmaq lazımdır.
Report.