Başqırdıstanda hava hücumundan müdafiə qüvvələri pilotsuz uçuş aparatlarının (PUA) hücumunu dəf edir, PUA-lardan birinin qalıqları Salavat sənaye zonasına düşüb, yanğın başlayıb.
Bu barədə Başqırdıstan rəhbəri Radiy Xabirov bildirib.
Dağıntılar və xəsarət alanlar barədə məlumat yoxdur.
Bütün Başqırdıstan ərazisində PUA təhlükəsi rejimi elan edilib.
Report.