Pezeşkian və Paşinyan Tehranda danışıqlar aparıblar

Pezeşkian və Paşinyan Tehranda danışıqlar aparıblar

İran Prezidenti Məsud Pezeşkian Tehranda Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü zamanı ikitərəfli münasibətlərin ardıcıl olaraq inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əmin olduğunu bildirib.

Bu barədə Ermənistan mediası məlumat yayıb.

Tərəflər həmçinin regional əhəmiyyətli məsələlər ətrafında fikir mübadiləsi aparıb, sülhün, sabitliyin və regional əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş ardıcıl tədbirlərin vacibliyini vurğulayıblar.

Pezeşkian həmçinin Paşinyanı Ermənistanda parlament seçkilərindəki qələbəsi münasibətilə təbrik edib.