İran Prezidenti Məsud Pezeşkian HƏMAS-ın Siyasi Bürosunun rəhbəri Xəlil əl-Hayya ilə telefon danışığında İranın Qəzzə zolağı üzrə davam edən danışıqlarda hərəkatın mövqeyini dəstəkləyəcəyini bildirib.
Bu barədə “Al Jazeera” telekanalı məlumat yayıb.
“İran Fələstin liderlərinin danışıqlar prosesinin gedişində qəbul edəcəyi bütün tədbirləri, təşəbbüsləri və qərarları dəstəkləyəcək”, – M.Pezeşkian bildirib.
Report.