Pezeşkian: Düşmənlər İranı iğtişaşlara sürükləmək istəyir

Pezeşkian: Düşmənlər İranı iğtişaşlara sürükləmək istəyir

ABŞ və İsrail İranın daxilində iğtişaşlar yaratmaq üçün İslam Respublikasında iqtisadi etirazların artmasını istəyir.

Bunu İran Prezidenti Məsud Pezeşkian deyib.

“Düşmənlər anlayıblar ki, hərbi yolla İran xalqını təslim və ya məğlub edə bilməyəcəklər, məhz buna görə də sosial problemlər, iqtisadi narazılıqlar yaratmağı hədəfə alıblar ki, bu yolla İranı iğtişaşlara sürükləsinlər”, – o bildirib.

Pezeşkianın fikrincə, iqtisadi təzyiq ABŞ-nin İranı təslim olmağa məcbur etmək üçün əsas strategiyalarından biridir: “Lakin problemlər qarşısında geri çəkilib təslim olmalıyıqmı? Qətiyyən xeyr.

Report.