Pezeşkian: ABŞ memoranduma sadiq qalsa, İran da öz öhdəliklərinə əməl edəcək

Pezeşkian: ABŞ memoranduma sadiq qalsa, İran da öz öhdəliklərinə əməl edəcək

ABŞ anlaşma memorandumuna sadiq qalarsa, İran da öz öhdəliklərinə əməl edəcək.

Bu barədə İran Prezidenti Məsud Pezeşkian “X” sosial media hesabında paylaşım edib.

“Anlaşma ikitərəfli bir məsələdir. Əgər Amerika tərəfi anlaşmaya sadiq qalarsa, biz də öz öhdəliklərimizə əməl edəcəyik”, – M. Pezeşkian qeyd edib.

O, ABŞ-nin “məntiqsiz meydan oxumaları”na və “əsassız təhdidlər”inə qarşı İranın yanaşmasının rasionallıq olduğunu bildirib.

Report.