Almaniya Rusiyanı Leypsiqdəki pilotsuz uçuş aparatı (PUA) insidentində əli olmaqda təqsirləndirərək, vəziyyəti daha da gərginləşdirir.
Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Peskovun sözlərinə görə, bu ittihamlar Berlin tərəfindən heç bir arqumentlə əsaslandırılmayıb.
Daha əvvəl məlum olub ki, Almaniya hakimiyyəti ölkə ərazisinə PUA zərbəsi cəhdinə görə məsuliyyəti Rusiyanın üzərinə qoyub. Bununla əlaqədar Berlin Moskvaya qarşı bir sıra tədbirlər görüb, onların arasında Rusiyanın Bonndakı baş konsulluğunun bağlanması, rusiyalılar üçün ölkəyə giriş qaydalarının sərtləşdirilməsi və Aİ çərçivəsində Rusiyaya qarşı sanksiyalarının gücləndirilməsi təşəbbüsü yer alır.
Report.