Paytaxtda ictimai iaşə dövriyyəsinin həcmi 6 %-dən çox artıb

Bu ilin yanvar-may aylarında Bakıda ictimai iaşə dövriyyəsinin həcmi 855 milyon manat olub.

Bu barədə “Report”a Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, bu, 2025-ci ilin ilk 5 ayı ilə müqayisədə real ifadədə 6,4 % çoxdur.

Hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 475,5 milyon manat olub. Bu, ümumi dövriyyənin 55,6 %-ini təşkil edib.

Report.