Paşinyanla Makron Cənubi Qafqazda davamlı sülhün bərqərar olmasının vacibliyini vurğulayıblar

Paşinyanla Makron Cənubi Qafqazda davamlı sülhün bərqərar olmasının vacibliyini vurğulayıblar

Ermənistanın Baş naziri Nikol Paşinyan Fransa Prezidenti Emmanuel Makron ilə telefon danışığı aparıb.

Liderlər ikitərəfli gündəlikdə duran məsələləri və regiondakı vəziyyəti müzakirə ediblər.

Paşinyan dövlətlər arasında strateji tərəfdaşlıq çərçivəsində ikitərəfli ticarət-iqtisadi əməkdaşlığın dərinləşdirilməsinin və Ermənistanın ixrac imkanlarının genişləndirilməsinin vacibliyini vurğulayıb.

Tərəflər, həmçinin Ermənistan və Azərbaycan arasında sülh prosesini müzakirə edərək, Cənubi Qafqazda sabit və davamlı sülhün bərqərar olmasının əhəmiyyətini qeyd ediblər.

Report.