Paşinyandan ordudakı intiharlarla bağlı təcili qərar

Paşinyandan ordudakı intiharlarla bağlı təcili qərar

Ermənistan Silahlı Qüvvələrində intiharlar və nizamnamədən kənar münasibətlərlə bağlı sistemli həllər işləyib hazırlayacaq idarələrarası işçi qrupu yaradılacaq.

Bununla bağlı müvafiq qərarı Ermənistanın Baş naziri Nikol Paşinyan imzalayıb.

Qeyd olunub ki, sənəd 3 bənddən ibarətdir:

1. Silahlı Qüvvələrdə intiharlar və nizamnamədən kənar münasibətlər məsələləri ilə bağlı sistemli həllər işləyib hazırlayan idarələrarası işçi qrupu yaradılsın;

2. İşçi qrupunun tərkibi əlavəyə uyğun olaraq təsdiq edilsin;

3. İşçi qrupu 3 ay müddətində müvafiq təkliflər hazırlasın və Ermənistan Respublikasının Baş nazirinə təqdim etsin.

Qafqazinfo.