Paşinyan və Tramp TRIPP layihəsinin icrasının cari vəziyyətini müzakirə ediblər

Ermənistanın Baş naziri Nikol Paşinyanla ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.

Paşinyan 8 avqust 2025-ci il tarixində Vaşinqtonda, Ağ Evdə Sülh Sammitinin təşkil edilməsinə, eləcə də Ermənistan və Azərbaycan liderləri tərəfindən qəbul edilmiş Sülh Bəyannaməsinin şahid qismində imzalanmasına görə Prezident Trampa təşəkkür edərək, sülhün bərqərar edilməsində Trampın şəxsi səylərinin həlledici əhəmiyyətini vurğulayıb.

Həmsöhbətlər məmnuniyyətlə qeyd ediblər ki, Vaşinqton Sülh Sammiti Ermənistan və Azərbaycan arasında hər iki ölkə xalqının gördüyü və hiss etdiyi real sülhə gətirib çıxarıb. Telefon danışığı zamanı TRIPP layihəsinin icrasının cari vəziyyəti müzakirə olunub.

Report.