Paşinyan və Avropa Komissiyasının rəsmisi regional kommunikasiyaların açılmasını müzakirə edib

Paşinyan və Avropa Komissiyasının rəsmisi regional kommunikasiyaların açılmasını müzakirə edib

Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa Komissiyasının Genişlənmə və Şərq Qonşuluğu Siyasəti üzrə Baş Direktorluğunun rəhbəri Qert Yan Kupmanla görüşü zamanı regional sabitliklə bağlı məsələləri, eləcə də regional kommunikasiyaların blokdan çıxarılması üzrə işləri müzakirə edib.

Bu barədə Ermənistan mediası məlumat yayıb.

Eyni zamanda, bildirilib ki, Paşinyan Ermənistan hökumətinin nəqliyyat, energetika, rəqəmsallaşma sahələrində Aİ ilə əlaqələrin dərinləşdirilməsində və genişləndirilməsində, eləcə də ümumi iqtisadi diversifikasiya və dayanıqlılığın gücləndirilməsində maraqlı olduğunu bəyan edib.

Report.