“Trampın Marşrutu” (TRIPP) layihəsinin həyata keçirilməsi Ermənistan və ölkənin iqtisadiyyatı üçün yeni dövrün başlanğıcını qoyacaq, həmçinin beynəlxalq logistika marşrutlarını dəyişdirəcək.
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ-da “Konkordiya” sammitində panel müzakirəsi zamanı bəyan edib.
“Hazırda biz TRIPP layihəsinin həyata keçirilməsinə diqqət yetiririk, bunun nəticəsində regional əlaqəlilik tam təmin olunacaq. TRIPP ölkəmiz və iqtisadiyyatımız üçün yeni dövrün başlanğıcını qoyacaq, çünki ilk növbədə Azərbaycanla dəmiryol əlaqəmiz olacaq”, – o deyib.
Baş nazir həmçinin qeyd edib ki, İrəvan “Ermənistanın Türkiyə ilə sərhədinin açılmasını və bunun çərçivəsində dəmiryol əlaqəsini səbirsizliklə gözləyir”.
Report.