Ermənistanın Baş naziri Nikol Paşinyan öz partiyasından (“Mülki müqavilə”) sabiq deputat Sofiya Ovsepyanı və “Yelk” parlament fraksiyası üzrə keçmiş həmkarı, “Maarifçi Ermənistan” partiyasının rəhbəri Edmon Marukyanı məhkəməyə verib.
Bu barədə məlumatlar “Datalex” portalında təqdim edilib.
N.Paşinyan Ovsepyandan təhqiramiz ifadələrinə görə üzr istəməsini, parlament seçkilərinin saxtalaşdırılması ilə bağlı qeyd olunan ittihamları təkzib etməsini tələb edir. Təhqirlərə görə kompensasiya qismində Paşinyan 2 milyon dram (5,4 min dollar), böhtana görə isə – 4 milyon dram (10,8 min dollar) tələb edir.
Report.