Rusiyada Ermənistan-Rusiya münasibətlərini ya eksklüziv görürlər, ya da onları ümumiyyətlə görmürlər, lakin Ermənistanın yanaşması fərqlidir.
Bu barədə brifinq zamanı Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.
Onun sözlərinə görə, Ermənistan alternativlər yaratmaq qərarına gəlib, buna qədər onda belə alternativlər yox idi:
“Bu, təkcə iqtisadi deyil, həm də siyasi istiqamətə aiddir. Problem ondadır ki, Ermənistan Çin, Fransa, ABŞ, Böyük Britaniya, Niderland və digər ölkələrlə strateji tərəfdaşlıq haqqında sənədlər imzalayıb. Buna qədər Ermənistanın bu qədər tərəfdaşla belə münasibətləri yox idi və ya ola bilməzdi. Problem bundadır”.
Report.