Paşinyan: Rusiya hərbi bazası Ermənistanın təhlükəsizliyi üçün həyati əhəmiyyət daşımır

Paşinyan: Rusiya hərbi bazası Ermənistanın təhlükəsizliyi üçün həyati əhəmiyyət daşımır

İrəvan 102-ci Rusiya hərbi bazasının Ermənistanda mövcudluğunu həyati zərurət hesab etmir, lakin onun çıxarılması məsələsini qaldırmayıb.

Bu barədə ölkənin Baş naziri Nikol Paşinyan brifinqdə bildirib.

“102-ci hərbi bazanın Ermənistan ərazisində mövcudluğunu həyati zərurət hesab etdiyimizi söyləmək olmaz. Əgər Rusiya hərbi bazasını (Gümrü – red.) Ermənistan Respublikasından çıxarmaq qərarına gələrsə, etiraz etməyəcəyik. Lakin qalmaq istəsələr, bunu da müzakirə etməyə hazırıq”, – o deyib.

Report.