Paşinyan onu Aparat rəhbəri təyin etdi

Paşinyan onu Aparat rəhbəri təyin etdi

Ermənistanın Baş naziri Nikol Paşinyan dünən yenidən təyin olunduğu bu postda ilk Fərmanı imzalayıb.

N.Paşinyan sözügedən Fərmanla Ermənistanın ABŞ-dəki sabiq səfiri Lilit Makuntsu Baş nazirin əsas müşaviri səlahiyyətlərini müvəqqəti idarə edən şəxs postundan azad edib və onu Baş nazirin Aparatının rəhbəri təyin edib.

Bundan əvvəl, o, Lilit Makuntsun həmin vəzifəyə təyin ediləcəyini, müdafiə naziri Suren Papikyan və daxili işlər naziri Arpine Sarkisyanın öz postlarına yenidən təyin olunacaqlarını bildirmişdi. 

Xatırladaq ki, avqustun 2-də Ermənistan Prezidenti Vaaqn Xaçaturyan iyunda keçirilən parlament seçkilərində qələbə qazanan “Vətəndaş müqaviləsi” partiyasının lideri Nikol Paşinyanı ölkənin Baş naziri təyin edib.