Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin Müstəqillik Bəyannaməsinin mətninin dövlət əleyhinə olduğunu hesab edir.
O, bu barədə brifinqdə bildirib.
“Bu mətnlə müstəqil dövlətin mövcudluğu qeyri-mümkündür”, – Paşinyan deyib.
O qeyd edib ki, ölkənin yeni Konstitusiyasının qəbul edilməsi “Mülki müqavilə” partiyasının seçkiqabağı proqramına daxil idi. Baş nazir əlavə edib ki, konstitusiyanın yeni layihəsi yaxın vaxtlarda dərc olunacaq.
Report.