Ermənistanın Baş naziri Nikol Paşinyan İranla sərhəd infrastrukturunun inventarlaşdırılması və İran tərəfi ilə danışıqların aparılması məsələləri üzrə danışıqlar komissiyası təyin edib.
Bu barədə Ermənistan hökumətinin rəsmi portalında bildirilib.
Komissiyaya Ermənistanın Xarici İşlər və Beynəlxalq Ticarət Nazirliyinin həmsərhəd ölkələr idarəsinin rəisi (hazırda sədr vəzifəsini icra edən Avetik Arutyunyan) rəhbərlik edəcək. Həmçinin, komissiyanın tərkibinə nazirliyin qeyd olunan idarəsindəki sərhədin delimitasiyası məsələləri üzrə şöbənin rəisi də daxil olacaq.
Report.