Paşinyan internetin Azərbaycan ərazisindən tranzitinin Ermənistana təhlükə yaratmadığını bildirib

Paşinyan internetin Azərbaycan ərazisindən tranzitinin Ermənistana təhlükə yaratmadığını bildirib

Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, Azərbaycan ərazisindən internet trafikinin tranzitində təhlükə görmür.

Bu barədə o jurnalistlərin suallarına cavab olaraq bildirib.

Paşinyan qeyd edib ki, internet trafikinin tranziti Ermənistan üçün Azərbaycandan asılılıq yaratmır.

“Biz daim deyirik ki, Ermənistan tranzit qovşağına çevrilməlidir. Ermənistandan nə qədər çox axın keçərsə, iqtisadi, siyasi çəkimiz və təhlükəsizlik səviyyəmiz bir o qədər yüksək olar. Buna qarşı çıxanlar istəyir ki, Ermənistan münaqişə dalanında qalsın”, – Baş nazir deyib.

Report.