Paşinyan: Ermənistan ötən il avqustun 8-nə qədər dalanda idi

Paşinyan: Ermənistan ötən il avqustun 8-nə qədər dalanda idi

Ermənistanın Baş naziri Nikol Paşinyan 8 avqust 2025-ci il tarixli Vaşinqton sammitinin Ermənistanı dalandan çıxardığını və ölkə üçün faydalı perspektivlər açdığını bildirib.

Bu barədə onun Azərbaycan, Ermənistan və ABŞ liderlərinin Vaşinqtonda keçirilən üçtərəfli görüşünün birinci ildönümü münasibətilə ünvanladığı müraciətində qeyd olunub.

Bununla yanaşı, o vurğulayıb ki, sülh gündəliyinin həyata keçirilməsi prosesi hələ başa çatmayıb.

“8 avqust 2025-ci ilə qədər dövlətimiz dalanda idi, avqustun 8-dən sonra isə qarşımızda hüdudsuz perspektivlər açıldı. Onlardan istifadə edib-etməyəcəyimiz kollektiv iradəmizdən asılıdır”, – Baş nazir deyib.

Paşinyan Vaşinqton sammitinin ən mühüm nəticələrindən biri kimi “Tramp Marşrutu” (TRIPP) layihəsini vurğulayıb. Onun sözlərinə görə, layihə ölkə və region iqtisadiyyatının əsas elementlərindən birinə çevriləcək.

“Yaxın vaxtlarda biz TRIPP-in praktiki icrasına başlayacağıq və bu, böyük regional və beynəlxalq hadisə olacaq”, – Paşinyan bildirib.

Report.