Ermənistanın Avrasiya İqtisadi İttifaqında (Aİİ) iştirakı birtərəfli üstünlüklər əldə etməyə deyil, qarşılıqlı öhdəliklərin yerinə yetirilməsinə əsaslanır.
Bunu ölkənin Baş naziri Nikol Paşinyan Qırğızıstanda Avrasiya Hökumətlərarası Şurasının iclasında bildirib.
“Ermənistan 2025-ci ildə Aİİ-nin ümumi idxal gömrük rüsumları büdcəsinə təxminən 319 milyon dollar köçürüb, Ermənistanın xeyrinə bölüşdürülən vəsaitin həcmi isə təqribən 175 milyon dollar təşkil edib. Beləliklə, Ermənistan ümumi büdcəyə aldığından xeyli çox vəsait köçürüb ki, bu da bizim məsuliyyətli mövqeyimizin və Aİİ çərçivəsində öhdəliklərimizi vicdanla yerinə yetirməyimizin birbaşa təsdiqidir”, – o qeyd edib.
Report.