Paşinyan BMT Baş Assambleyasında iştirak etmək üçün Nyu-Yorka yola düşüb

Paşinyan BMT Baş Assambleyasında iştirak etmək üçün Nyu-Yorka yola düşüb

Ermənistanın Baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka yola düşüb.

N.Paşinyan müvafiq videomüraciəti sosial şəbəkədəki səhifəsində paylaşıb.

“Biz BMT Baş Assambleyasının növbəti sessiyasında iştirak etmək üçün Nyu-Yorka uçuruq”, – o bildirib.

Baş nazirin mətbuat katibi Melaniya Arutyunyan bildirib ki, Paşinyan sentyabrın 22-dən 25-dək ABŞ-də işgüzar səfərdə olacaq.

O, BMT Baş Assambleyasının 81-ci sessiyasının yüksək səviyyəli seqmentində çıxış edəcək.

Report.