Papikyan müdafiə naziri, Sarqsyan isə daxili işlər naziri təyin ediləcək

Papikyan müdafiə naziri, Sarqsyan isə daxili işlər naziri təyin ediləcək

Suren Papikyan yenidən Ermənistanın müdafiə naziri, Arpine Sarqsyan isə daxili işlər naziri təyin ediləcək.

Bu barədə ölkənin Baş naziri Nikol Paşinyan “Mülki müqavilə” partiyasının idarə heyətinin iclasından sonrakı brifinqdə bildirib.

“Bəli, onlar yenidən təyin olunacaqlar”, – o qeyd edib.

S.Papikyan 2021-ci il noyabrın 15-dən müdafiə naziri, A.Sarqsyan isə 2024-cü il noyabrın 20-dən daxili işlər naziri vəzifəsini tutur.

Bundan əlavə, Paşinyan Lilit Makuntsun Baş nazirin aparat rəhbəri təyin ediləcəyini bildirib.

Report.