Pambıq tarlasına getmişdi, maşınını kollektora aşırıb öldü

Pambıq tarlasına getmişdi, maşınını kollektora aşırıb öldü

Biləsuvarda fermer pambıq tarlasına gedərkən ölüb. 

Hadisə rayonun Aşağı Cürəli kəndi ərazisində qeydə alınıb. 

Belə ki, 66 yaşlı Əlizadə Əliyevin sükan arxasında olduğu nəqliyyat vasitəsi idarəetmədən çıxaraq şor kollektoruna aşıb. Maşında ölü tapılan, şəkər xəstəsi, ürəklə bağlı narahatçıllığı olan Ə.Əliyevin xəstəlikdən öldüyü ehtimal olunur. 

Qeyd edək ki, rayonda pambıq tədarükü və emalı müəssisələrindən birinin sahə aqronomu olan fermer Ə.Əliyev özünə məxsuz əkin sahəsinə baxmaq üçün gedirmiş. 

Faktla bağlı araşdırma aparılır.

Qafqazinfo.