Pakistan ordusu Əfqanıstanın Qəndəhar şəhərinə zərbə endirib

Pakistan Silahlı Qüvvələri Əfqanıstanın cənubunda yerləşən Qəndəhar şəhərinə zərbələr endirib.

Bu barədə Əfqanıstanın TOLO News telekanalı məlumat yayıb.

Qeyd olunub ki, zərbələr şəhərin doqquzuncu rayonunun yaxınlığındakı əraziyə endirilib.

Əfqanıstan hökumətinin sözçüsü Zəbihullah Mücahid telekanala açıqlamasında hücum nəticəsində hər hansı zərərin qeydə alınmadığını bildirib.

Daha sonra Pakistanın informasiya naziri Attaullah Tarar bildirib ki, hücumlar Əfqanıstan tərəfinin hava məkanının pozulmasına cavab olaraq həyata keçirilib:

Report.