Özbəkistanlı ekspert: “Azərbaycanla rəqəmsal məlumat mübadiləsi sistemi qurulmalıdır”

Azərbaycan və Özbəkistan arasında rəqəmsal məlumat mübadiləsi sistemi qurulmalıdır.

Bunu Özbəkistanın Tərəqqipərvər İslahatlar Mərkəzinin icraçı direktoru və həmtəsisçisi Mirşoxid Aslanov “Türk Dövlətləri Təşkilatının Aparıcı Milli Analitik Mərkəzlərinin II Beynəlxalq Konfransı”nda deyib.

Onun sözlərinə görə, hər iki ölkəyə mövcud sistemlərin bir-biri ilə əlaqə saxlaması lazımdır: “Məsələn, Özbəkistandakı ixracatçı yük məlumatlarını bir dəfə daxil edir və tranzit ölkələr bu məlumatları qəbul edir. İdxal edən ölkə məlumatı yük çatmazdan əvvəl alır və tranzit daşıyıcıları yaşıl dəhlizdən keçir”.

O qeyd edib ki, bu gün Daşkənddən Bakıya yükdaşıma təxminən 8 gündən 3 həftəyə qədər vaxt aparır: “Lakin, məsələn, bərə keçidi ilə yükdaşıma müddəti 24 saat çəkir. Deməli, Xəzər dənizi əslində maneə deyil. Real maneə biz, insanlarıq. Bilirsiniz, sənədləşmə və sərhəddə gözləmək əsl problemdir. Bu problem isə həll edilə bilər”.

Report.