Özbəkistanın enerji sistemindəki qəza Mərkəzi Asiyanın enerji sisteminə təsir edib

Özbəkistanın enerji sistemindəki qəza Mərkəzi Asiyanın enerji sisteminə təsir edib

Mərkəzi Asiya ölkələrindən birinin enerji sistemindəki qəza bütün regionun enerji sisteminə təsir edib.

Bu barədə Özbəkistanın Energetika Nazirliyi məlumat yayıb.

Qəza nəticəsində Özbəkistanın Surxandərya vilayətində və bəzi digər regionlarında elektrik enerjisinin verilişi dayandırılıb.

“Hazırda enerji sistemi işçiləri tərəfindən enerji təchizatı tədricən bərpa olunur. Əlavə məlumat daha sonra veriləcək”, – qurumun məlumatında bildirilir.

Eyni zamanda, avqustun 14-də Qırğızıstan, Qazaxıstan və Tacikistanda da elektrik enerjisi təchizatında fasilələr qeydə alınır. Bişkekdə bir sıra rayonların sakinləri yerli vaxtla saat 15:00-dan etibarən kəsintilərin olması barədə məlumat veriblər.

Almatı şəhəri və Almatı vilayətində də enerji kəsintiləri baş verib.

Report.